Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 04:41

Bakı yaxınlığında 2025-ci ilə qədər AES tikilə bilər


Ekspertlərin fikrincə, Azərbaycanın AES tikməsi beynəlxalq ekspertləri təəccübləndirməməlidir
Ekspertlərin fikrincə, Azərbaycanın AES tikməsi beynəlxalq ekspertləri təəccübləndirməməlidir

Azərbaycan hökumətinə ölkədə Atom Elektrik Stansiyasının (AES) inşası üçün təkliflər paketi təqdim olunub. Bu gözlənilməz xəbəri jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov verib. O, deyib ki, təkliflər Xarici İşlər naziri Elmar Məmmədyarovun İnstituta müraciətindən sonra hazırlanıb.


Sənədin mahiyyətinə toxunan cənab Qəribov qeyd edib ki, sənətdə nüvə enerjisindən istifadə sahəsində dünya təcrübəsinin müfəssəl təhlili verilir, Azərbaycanda quraşdırılacaq nüvə reaktorlarının növü göstərilir və tövsiyə olunur ki, onlar 1500 meqavat gücündə olsunlar.


Alimin fikrincə, neft və qaz ehtiyatlarının tükənəcəyi təxminən 15-30 ildən sonra Azərbaycan nüvə energetikasına keçməyə vadar olacaq: «Hökumət çox ehtimal ki, bu layihənin reallaşmasına razılıq verəcək, çünki ölkədə olan digər enerji mənbələri-külək, günəş, su ölkənin enerji tələbatının yalnız 20 faizini ödəyə bilər.


Hökumət dairələrindən «Nezavisimaya qazeta»ya bildirildiyinə görə, AES-in inşası üçün Bakının təxminən 100 kilometr cənub-şərqində, çöllük, seysmik cəhətdən əlverişli zonada olan Navahı yaşayış məntəqəsinin yaxınındakı ərazi nəzərdən keçirilir. Burada hələ sovet dövründə AES inşası planlaşdırılırdı və aydın olub ki, o vaxt bu məsələ Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə razılaşdırılıb. Beləliklə, Azərbaycanın planları beynəlxalq ekspertləri o qədər də təəccübləndirməməlidir. Ekspertlərin fikrincə, əgər Bakı bu layihənin reallaşmasına bu il başlasa, onda AES 2025-ci ilə hazır olacaq. Elə bu vaxta qədər də beynəlxalq konsorsiumların istismar etdiyi Azərbaycanın neft və qaz yataqlarının tükənəcəyi proqnozlaşdırılır.


Bu xəbəri şərh edən Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, AES-in tikintisi ideyası hökumətin perspektivdə ölkənin enerji təhlükəsizliyini təmin etmək planlarından xəbər verir. «Hazırda Azərbaycan ildə 5715 meqavat elektrik enerjisi hasil edir. Bunun da 4695 meqavatı, yəni 81 faizi istilik elektrik stansiyalarının payına düşür, 1020 meqavatı isə su elektrik stansiyaları hasil edir. Qeyd etmək lazımdır ki, bu stansiyaların əksəriyyətində avadanlıq köhnəlib və bu, onların gücünün ilbəil azalmasına təsir edir».


Bu arada hazırda respublikada yeni elektrik stansiyaların inşası hesabına istehsalın həcmi təqribən 4.7 faiz arta bilər. Gəzlənilir ki, 2010-cu ilin sonuna qədər əlavə 2 min meqavat, 2015-ci ilədək isə 2750 meqavat elektrik enerjisi istehsal olunacaq. Amma hətta bu həcm ölkənin sürətlə artan tələbatının ödənilməsi üçün kifayət etməyəcək. Ona görə də Bakıda AES-in tikintisi haqda düşünməyə başlayıblar.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG