Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:11

Çaldıran mahalında baş verən zəlzələdə tələfat olmayıb


Çaldıran düzündə Şah İsmayılın sərkərdəsi Seyid Sədrədinin məqbərəsi
Çaldıran düzündə Şah İsmayılın sərkərdəsi Seyid Sədrədinin məqbərəsi

İranın rəsmi İRNA xəbər agentliyi məlumat verir ki, aprelin 10-u səhər saatlarında İranın Qərbi Azərbaycan vilayətinin Türkiyə sərhədi yaxınlığında iki şiddətli zəlzələ olub. Lakin insan tələfatı olmadığı bildirilir


Zəlzələnin episentri Qərbi Azərbaycan vilayətinin Çaldıran mahalı olub. Təbrizin Seysmoloji Mərkəzi yeraltı təkanların gücünü Rixter cədvəli ilə 4.1 bal ölçdüyünü bildirib. Az sonra təkrar baş verən ikinci yeraltı təkanların gücü isə 3.6 bal olub.


Urmiyədən İranın rəsmi « Fars » xəbər agentliyi bildirib ki, məntəqədə qar və şaxta olduğuna baxmayaraq, kənd əhalisi evlərini tərk edib, səhərə qədər açıq havada qalıblar.


Çaldıran mahalı Şah İsmayıl Xətainin 1514-cü ildə Osmanlı İmperiyası ilə apardığı məşhur müharibəyə səhnə olduğuna görə tarixi əhəmiyyətə malikdir. Çaldıran döyüşündə həlak olan Şah İsmayılın ordu zabiti Mir Seyid Şərif Sədrədinin məqbərəsi və buradakı başqa tarixi abidələrin zəlzələdən zərər görüb-görmədiyi hələ bəlli deyil.


Çaldıran mahalı xalq arasında Qarabulaq adı ilə də tanınır. Lakin Pəhləvi hökuməti dövründə Azərbaycan yer adlarının farslaşdırılması prosesində buraya «Siyəh-Çeşme» adı verilib. İslam inqilabından sonra Çaldıran adı rəsmən bərpa edilsə də məntəqədəki zəlzələ haqda xəbər verən İranın bir çox rəsmi xəbər agentliyi mahalı «Siyəh-Çeşme» adı ilə təqdim edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG