Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Hakimlər Radanın buraxılması haqqında sərəncama baxmaqdan imtina edirlər


Ukraynanın Konstitusiya Məhkəməsinin beş üzvü Viktor Yuşşenkonun Ali Radanı buraxmaq haqqında sərəncamına baxmaqdan imtina edir. Onlar maraqlı siyasi qüvvələr tərəfindən təzyiqlərdən ehtiyatlanırlar.


Söhbət Konstitusiya Məhkəməsinin o hakimlərindən gedir ki, məhkəmənin tərkibinə ölkə başçının kvotası üzrə təyin olunublar.


Hakimlər məhkəmənin lazımi qaydada işi təmin olunmayınca, «Ukrayna üçün mühüm məsələnin müzakirəsində» iştirakı qeyri-mümkün sayırlar.


Bundan başqa, hakimlər onlara dövlət mühafizəsi verilməsi xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət ediblər.


Ali Radanın deputatları Ukraynanın Konstitusiya Məhkəməsinə parlamentin səlahiyyətlərinin vaxtından qabaq dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında prezident sərəncamının qanuniliyi barədə sorğu yollayıblar.


İşin baxılması aprelin 11-nə təyin olunub.



Ümumilikdə, Konstitusiya Məhkəməsinin tərkibinə 18 hakim daxildir. Məhkəmənin qərar qəbul edə bilməsi üçün iclasda 12 hakimin iştirakı yetərlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG