Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:29

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib


Cənab Seyidov dəyişikliyi «çox yaxşı hal» adlandırıb

Cənab Seyidov dəyişikliyi «çox yaxşı hal» adlandırıb

Milli Məclis rəhbərliyinin qərarı ilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.


Nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya verdiyi məlumata görə, Müsavat Partiyasının nümayəndəsi İltizam Əkbərli nümayəndə heyətinin tərkibinə daxil edilib.


Bitərəfləri təmsil edən deputat Elmira Axundova isə AŞ PA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.


Seyidov müxalifət partiyasını təmsil edən deputatın nümayəndə heyətinin tərkibinə daxil edilməsini «çox yaxşı hal» adlandırıb. O, Elmira Axundovanın tərkibdən çıxarılmasında da hər hansı problem görmədiyini deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG