Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:35

Bakıda «Müstəqillik» abidəsi qoyulacaq


Bakıda «Müstəqillik» abidəsi qoyulacaq. Abidənin qurulması üçün artıq Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq müsabiqə elan edib.


Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun «Azadlıq» radiosuna dediyinə görə, bütün ölkələrin təmsilçiləri bu müsabiqədə iştirak edə bilərlər. Abidənin milliliyinə gəlincə, Hümbətov deyir ki, xüsusi yaradılmış münsiflər heyəti bu qiymətləndirməni aparacaq.


Müsabiqənin qalibləri sonda pulla mükafatlandırılacaqlar. Birinci yerin sahibinə 100 min manat, ikinci yerə 50 min, üçüncü yeri tutana isə 20 min manat mükafat veriləcək.


Müsabiqəyə müraciətlər bu ilin oktyabrın 1-nə kimi qəbul olunur.


«Müstəqillik» abidəsi prezident İlham Əliyevin aprelin 3-də imzaladığı «Monumental heykəltəraşlıq abidələri, xatirə–memorial və memarlıq kompleksləri haqqında» sərəncamı əsasında həyata keçirilir.


XS
SM
MD
LG