Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:15

«Mətbuatın inkişafı ilə bağlı Azərbaycan Respublikasının Qanunu» adlı sənəd layihəsi dövlət başçısına göndərilib


Mətbuat Şurası Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Sənətdə bildirilir ki, KİV-in maddi sıxıntısı kimi problemlərin həlli dövlətin yardımı olmadan mümkün deyil.


Mətbuat Şurasının son qurultayında mətbuatın inkişafı ilə bağlı sənəd hazırlanması və dövlət başçısına ünvanlanması qərara alınıb. Bu sənəddə KİV-lərə göstərilə bilən dəstək formaları, büdcədən maliyyələşmə, tarif və vergi tənzimlənməsi, texniki və təşkilati dəstək, onların tənzimlənmə prinsipləri və digər məsələlər əksini tapıb. 10 maddədən ibarət olan «Mətbuatın inkişafı ilə bağlı Azərbaycan Respublikasının Qanunu» adlı sənəd layihəsi dövlət başçısına göndərilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG