Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:16

Radanın buraxılması məsələsinin müzakirəsinə aprelin 11-də başlanacaq


Ukrayna Konstitusiya Məhkəməsi aprelin 11-də prezident Viktor Yuşşenkonun Ali Radanın buraxılması haqqında sərəncamının əsas qanuna uyğunluğu barədə işin müzakirəsinə başlayacaq. Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti məlumat verib.

«İşin baxılmasına aprelin 11-i saat 09:30-da (Bakı vaxtilə 11:30) başlanacaq», – deyə press-relizdə bildirilir.


Ukraynada daxili siyasi böhrana səbəb odur ki, Regionlar Partiyası, Kommunist Partiyası və Sosialist Partiyasının təşkil etdiyi koalisiyaya «Yuliya Timoşenko Bloku» və «Bizim Ukrayna» Blokundan olan 11 deputat birləşib.


Bununla əlaqədar Yuşşenko aprelin 2-də parlamentin buraxılması və mayın 27-nə yeni seçkilərin təyin olunması haqqında sərəncam verib. Çoxluq təşkil edən parlament koalisiyasının deputatları sərəncamı qeyri-konstitusion sayaraq prezidentə tabe olmayıblar. 53 parlamentari prezidentin sərəncamının əsas qanuna uyğunluğu barədə Konstitusiya Məhkəməsinə ərizə veriblər.


XS
SM
MD
LG