Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:55

Dənizçilərin tamahı ingilisləri hiddətləndirib


Britaniyada heç də hamı onları qəhrəman hesab etmir

Britaniyada heç də hamı onları qəhrəman hesab etmir

Tənqid atəşinə tutulan Böyük Britaniyanın Müdafiə Nazirliyi özünün yaxın keçmişdəki qərarını ləğv edib və İran əsirliyində olan 15 dənizçiyə pullu müsahibələr verməyi qadağan edib.

Artıq dərc olunan müsahibələrində Britaniyada heç də hamının qəhrəman hesab etmədiyi dənizçilər əsirlikdə nələr çəkdikləri barədə danışırdılar. Bəzi məlumatlara əsasən, onlar arasında yeganə qadın olan Fey Terri televiziya və «Sun» qəzetinə öz hekayəsi müqabilində 250 min dollaradək pul alıb.


Bu, İraq və Əfqanıstanda hərbi şəraitdə yaralananlara nəzərdə tutulandan daha böyük məbləğdir. O cümlədən, əlin itirilməsinə görə, standart tarif 57500 funtdur.


İraq və Əfqanıstanda son illər həlak olan Britaniya hərbçilərinin qohumları dənizçilərin azad olunması ətrafında baş verənləri yolverilməz sayırlar. Onları başqa britaniyalılar da dəstəkləyirlər.


Əvvəllər jurnalistlərlə ünsiyyətdən qonorar almaq hüququ yalnız ən yüksək «Viktoriya Xaçı» ordeni kavalerlərinə verilirdi. Bu mükafatla ən cəsur hərbçilər təltif edilirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG