Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:39

Hadi Musəvi Azərbaycandan çıxarılacaq


Nazirlik rəsmisi Hadi Müsavinin İrana təhvil verilib-verilməməsi ilə bağlı heç nə deməyib
Nazirlik rəsmisi Hadi Müsavinin İrana təhvil verilib-verilməməsi ilə bağlı heç nə deməyib

«Güney Azərbaycan Milli Oyanış Hərəkatı» kimi tanınan qurumun (GAMOH) Bakı bürosunun üzvlərindən biri Hadi Müsavi Azərbaycandan çıxarılacaq. Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Ehsan Zahidov deyir ki, Hadi Musəvi İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən saxlanıb. Həmin maddə Azərbaycanda icazəsiz yaşamaqdan bəhs edir. Ancaq, nazirlik rəsmisi Hadi Müsavinin İrana təhvil verilib-verilməməsi ilə bağlı heç nə deməyib. Ehsan Zahidov bildirib ki, bu ona məlum deyil.


Hadi Musəvi aprelin 7-də saxlanılıb. O, 2004-cü ildə Bakıya gələrək, qaçqın statusu almaq üçün Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət edib. Komitə isə Hadi Musəviyə bu statusun verilməməsi barədə qərar çıxarıb. O, isə komitənin qərarından məhkəməyə şikayət edib. Martın 27-də Yasamal Rayon Məhkəməsi qurumun qərarını qüvvədə saxlayıb.


Hadi Musavinin nümayəndəsi Əlövsət Əliyevin sözlərinə görə, Hadi Musəvi Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya məhkəməsinə müraciət etməyi planlaşdırırdı. «Qaçqın statusu müəyyən edilməsi barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qəbul olunmuş konvensiyanın tələblərinə görə, qaçqın statusundan məhrum edilmədən heç kəs başqa ölkənin ərazisinə verilə bilməz. Azərbaycan tərəfi də bu konvensiyaya hörmətlə yanaşmalı və Hadi Musəvini ölkədən çıxarmağa tələsməməlidir».


Hadi Musəvi İran Azərbaycanın Kəleybər şəhərində yaşayıb və İran hökuməti tərəfindən millətçilik ittihamıyla təqib olunduğuna görə Bakıya gəlib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG