Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:27

İran uranın zənginləşdirilməsini «sənaye səviyyəsinə» çatdırıb


İran uranın zənginləşdirilməsi üzrə işləri «sənaye səviyyəsinə» çıxardığını bəyan edib.


Natansda uranın zənginləşdirilməsi üzrə müəssisədə çıxış edən İran prezidenti Mahmud Əhmədinejad bir daha deyib ki, onun ölkəsi beynəlxalq təzyiqlərə baş əyməyəcək və nüvə istehsalını davam etdirəcək. Əhmədinejadın sözlərinə görə, İranın nüvə proqramı «zirvəyə aparan yoldadır».



Aprelin 9-u – zənginləşdirilmiş uranın istehsalına başlanmasının ildönümü – milli nüvə texnologiyaları günü elan edilib.


İran dəfələrlə bildirib ki, onun nüvə proqramı yalnız dinc xarakter daşıyır.


Beynəlxalq Atom Enerjisi Agentliyi isə deyir ki, bununla razılaşmaq üçün onda kifayət qədər informasiya yoxdur.


BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar tətbiq edib. Qərb ölkələri Tehranın nüvə silahı hazırladığını güman edirlər.


XS
SM
MD
LG