Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:21

Çaladzenin Fətullayevə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib


«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev
«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev

Aprelin 9-da Yasamal Rayon Məhkəməsində Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü iddianın hazırlıq iclası olub.


Fətullayevin vəkili İsaxan Aşurov iddia ərizəsinin düzgün tərtib edilmədiyini əsas gətirərək, onun geri qaytarılması barədə vəsatət qaldırıb. Vəsatət baxılmamış saxlanıb.


İddiaçı Çaladze isə məhkəmədən tərcüməçi ilə təmin olunmasını xahiş edib.


Proses aprelin 11-də davam edəcək.


Aprelin 6-da Tatyana Çaladze Eynulla Fətullayevə qarşı Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaçı jurnalist barədə Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət işi başlanmasını və onun məsuliyyətə cəlb olunmasını tələb edir.


Yasamal Rayon Məhkəməsinin aprelin 6-da Çaladzenin Fətullayevə qarşı digər idiası - şərəf, ləyaqət və işgüzar nüfuza xələl vurma üzrə çıxardığı qərarla baş redaktor və onun onun sahibi olduğu qəzetlər 20 min manat cərimə olunub.


Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladze «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin Xocalı faciəsi qurbanlarını təhqir etdiyini iddia edir. Fətullayev isə bunu hakimiyyətin sifarişi kimi qiymətləndirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG