Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15

Gəncədə villa kompleksi tikiləcək


Layihəyə 17 hektara qədər torpaq sahəsinin ayrılması nəzərdə tutulur

Layihəyə 17 hektara qədər torpaq sahəsinin ayrılması nəzərdə tutulur

Gəncədə ilk dəfə olaraq vahid villa kompleksi tikiləcək. Şəhərin Yeni Gəncə yaşayış massivində reallaşması nəzərdə tutulan layihə Azərbaycan Memarlar İttifaqı tərəfindən hazırlanıb. Aprelin 9-da şəhər şurasının iclasında layihəni təqdim edən İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə görə, şəhərciyin bütün infrastrukturunu: yollar, işıq, su və kanalizasiya sistemini formalaşdırmaq investorların öhdəsinə buraxılacaq. 2 və 3 mərtəbəli yaşayış evləri bir-birindən çox az fərqlənəcək. Layihəyə 17 hektara qədər torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Cənab Əzizovun fikrincə, külli miqdarda vəsait tələb olunmasına baxmayaraq, layihə investorların diqqətini cəlb edəcək.


İcra başçısı neçə vaxtdır ki, Gəncə Dram Teatrının indiki binasının söküləcəyi məsələsinə də aydınlıq gətirib. Eldar Əzizovun sözlərinə görə, bina üçün təklif edilən ilkin variant qaneedici olmadığı üçün layihənin hazırlanması bir ilə qədər vaxt aparacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG