Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:09

Hüseyn Arabulun vəsatəti təmin edilməyib


Aprelin 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinin işi üzrə hazırlıq iclası davam edib. Məhkəmə «Barmek»in prezidenti Hüseyn Arabulun cinayət işinə xitam verilməsi, həbsdə olan şirkət əməkdaşlarının azadlığa buraxılması və cinayət işinin istintaqı zamanı qanun pozuntusuna yol verən istintaq orqanlarının əməkdaşlarının cəzalandırılması haqqında xüsusi qərar qəbul edilməsi ilə bağlı qaldırdığı vəsatəti rədd edib. Məhkəmə həbs olunan şirkət əməkdaşlarının vəkillərinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair qaldırdıqları vəsatətləri də təmin etməyib.
Hüseyn Arabul və «Barmek»in bəzi əməkdaşları Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa bir sıra maddələri ilə ittiham olunurlar. Arabul barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Proses aprelin 18-də davam edəcək.


XS
SM
MD
LG