Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:16

Sloveniyalı Martin Strel Amazon çayını mənbəyindən mənsəbinəcən üzüb


Sloveniyalı Martin Strel axır ki, Amazon çayını mənbəyindən mənsəbinəcən üzüb keçmək arzusuna çatıb. 5 min kilometrdən çox məsafəni o, 65 günə qət edib.


Yolboyu o, ətyeyən vəhşi piranya balıqları, akulalar və qaniçən balıqlarla rastlaşmaq təhlükəsi ilə üz-üzə olub. Strel səyahəti boyunca bir xeyli xəstəliklərdən əziyyət çəkib – qan təzyiqi, qıc olma, xroniki yuxusuzluq, ishal, ürək bulanması və s.


Strelin uğurunu qeyd etmək üçün aprelin 8-də Braziliyada xüsusi mərasim keçirəcəklər.


XS
SM
MD
LG