Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:05

Azərbaycan NATO PA-nın sessiyasında nəzarətsiz ərazilərlə bağlı məsələ qaldıracaq


APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məlumat verib.


O, Azərbaycan nümayəndə heyətinin qanunsuz toplanılan silahlar və nəzarətsiz ərazilərlə bağlı məsələ qaldırmaq niyyətində olduğunu deyib: «Çünki nəzarətsiz ərazilər təkcə Azərbaycan üçün deyil, NATO üzvü olan dövlətlər üçün də problemlər yaradır».


S. Novruzov regionla bağlı enerji təhlükəsizliyi haqqında məsələnin də gündəliyə salındığını deyir.


Sessiya mayın sonunda İspaniyada keçiriləcək.


XS
SM
MD
LG