Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:07

Tarakanlar bir neçə həftə başsız yaşaya bilirlər


Tarakanlar həşəratlar arasında ən dözümlüsü kimi tanınırlar.

Tarakanlar həşəratlar arasında ən dözümlüsü kimi tanınırlar.

Bu qənaətə ABŞ-ın Delaver Vadisi Kollecindən entomoloq Kristofer Tippinq gəlib. Alim mikroskop altında səliqə ilə bir neçə Amerika tarakanının (Periplaneta americana) başını kəsib. Sonra yaranı diş mumu ilə örtüb, bundan sonra həşəratlar bankada bir neçə həftə yaşayıblar.

Tarakanlar həşəratlar arasında ən dözümlüsü kimi tanınırlar. Onların nüvə müharibəsindən sağ çıxması ehtimalı bütün canlı varlıqlar arasında ən yüksək sayılır. Massaçusets Universitetindən fizioloq və biokimyaçı Cozef Kunkel tarakanların başsız yaşaya bilmələrini belə izah edir:


«Onların şaxələnmiş qan damarları şəbəkəsi yoxdur. Onların başının kəsilməsi qan itkisinə və qan təzyiqinin azalmasına səbəb olmur. Bu vəziyyətdə oksigen və qidalı maddələrin həyat üçün vacib hüceyrə və orqanlara nəqli kəsilmir. İnsanlar ağız və burunla nəfəs alırlar, beyin isə bu vacib funksiyaya nəzarət edir. Tarakanlar isə qarınlarının yan tərəfindəki deşiklərdən nəfəs alırlar. Bu halda beyin onun tənəffüsünə nəzarət etmir və qan oksigeni bütünü bədənə paylaşdırmır. Bundan başqa, tarakana bir neçə həftə yaşamaq üçün bir dəfə yemək kifayətdir».


Bu eksperimentlər vahiməli görünsə də, onlar həşəratların əsəb sisteminin fəaliyyətinə işıq tuta və onların qeyri-adi yaşamaq qabiliyyətləri haqda çox şey deyə bilərlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG