Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:11

Telekanallara dərman reklamının dayandırılması haqda xəbərdarlıq edilib


«Bundan sonra güzəşt olmayacaq»

«Bundan sonra güzəşt olmayacaq»

Milli Televiziya və Radio Şurası bütün telekanallara dərman reklamının dayandırılması haqda xəbərdarlıq edib

Şuranın sədri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna bildirib ki, onlar Milli Məclisə dərman haqqında qanundakı ziddiyyətləri aradan qaldırmaqla bağlı müraciət ediblər. Amma hələlik parlament bu məsələyə baxmadığından, Şura televiziya kanallarına xəbərdarlıq etməli olub. Cənab Məhərrəmli deyir ki, bundan sonra dərman reklamı qanun pozuntusu kimi cəzalandırılacaq.


«Parlament müraciətimizə baxmasa da, artıq qanun qəbul olunub. Qanunun pisi-yaxşısı yoxdur».


Nuşirəvan Məhərrəmli deyir ki, indiyədək televiziya kanalları dərman şirkətləri ilə müqavilə bağladıqları üçün bu tip reklamların yayılmasına güzəşt ediblər. Amma bundan sonra güzəşt olmayacaq.


Ötən ilin sonunda qəbul olunmuş dərman haqqında qanunun 16.4 maddəsi ölkədə dərman reklamını qadağan edir. Amma qanunun başqa bir maddəsində qeyd edilir ki, həkim resepti olmadan verilən dərmanlar haqda kütləvi informasiya vasitələrində məlumat verilməsi mümkündür. Milli Televiziya və Radio Şurası da bu ziddiyyətin aradan qaldırılması üçün parlamentə müraciət edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG