Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Rusiya Ermənistana hamıdan çox pul qoyur


Ötən il Ermənistan iqtisadiyyatına ən çox pul qoyan «Rusal» şirkətidir

Ötən il Ermənistan iqtisadiyyatına ən çox pul qoyan «Rusal» şirkətidir

Ermənistana Rusiya investisiyası ötən il 29,4 faiz – 87,4 milyon dollar artıb.


Ermənistan iqtisadiyyatına pulu əsasən «Rusal» («Armenal» folqa-prokat zavodunun modernləşməsinə), «Vımpelkom» («Armentel» telekommunikasiya şirkətinin alınmasına) və «ArmRosqazprom» şirkətləri qoyublar.


Son 15 ildə Ermənistan iqtisadiyyatının real sektoruna yatırılan investisiyaların ümumi həcminə görə Rusiya birinci yerdədir. Həmin müddətdə Rusiya bu ölkəyə 813,6 milyon dollar investisiya yatırıb ki, bunun da 558,3 milyonu birbaşa investisiyalardır.


Həmin dövrdə Ermənistan iqtisadiyyatına ABŞ 236 milyon, Yunanıstan 214 milyon, Almaniya 186.7 milyon, Fransa 173.2 milyon, Kanada 155.1 milyon, Livan isə 136.1 milyon dollar investisiya qoyub.


Ermənistanın Ticarət və İqtisadi İnkişaf nazirinin müavini Tiqran Davtyana istinadən «RIA Novosti» agentliyi xəbər verir ki, son 15 ildə ümumilikdə Ermənistana 2,4 milyard dollar xarici investisiya cəlb olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG