Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Bosniyanın paytaxtı Sarayevoda mal əti konservinə heykəl qoyublar


Bir metrlik konserv heykəlinin üstündə belə yazılıb – «Beynəlxalq ictimaiyyətə abidə. Sarayevo sakinlərindən minnətdarlıq hissi ilə».


Heykəltəraşların məqsədi 1992-95-ci illərdə Bosniyaya yardım edən beynəlxalq donor təşkilatlarını ələ salmaqdır.


Sarayevolılar deyirlər ki, beynəlxalq ictimaiyyət 90-cı illər müharibəsində silah embarqosu qoyaraq, onların özlərini müdafiə etməsinə imkan verməyib, bunun əvəzində onlara vaxtı keçmiş konservlər göndərib.


Günün bütün mövzuları

XS
SM
MD
LG