Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:10

Xəzərdə suitilərin kütləvi ölümü davam edir


Ekoloqlar çalışırlar ki, heyvanların ölümünün səbəblərini müəyyənləşdirsinlər

Ekoloqlar çalışırlar ki, heyvanların ölümünün səbəblərini müəyyənləşdirsinlər

Qazaxıstanın Xəzər dənizi sahilindəki Manqistaus vilayətində 247 ölü suiti aşkarlanıb.


«Atıraus vilayətinin Xəzərlə sərhədindən tutmuş «Kalamkas» və «Karajanbas» yataqlarınadək olan ərazidə daha 120 ölü suiti cəmdəyi aşkarlanıb. Ölən suitilərin ümumi sayı 247-dir» - Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən «Interfax Qazaxıstan» agentliyinə bildiriblər.


Martın 30-dan başlayaraq «Kalamkas» və «Karajanbas» yataqları arasındakı sahildə ölü heyvanların cəmdəyi tapılır.


Ekoloqlar çalışırlar ki, heyvanların ölümünün səbəblərini müəyyənləşdirsinlər.


Qazaxıstanın Ətraf Mühit naziri Nurlan İskakov deyib ki, Xəzər dənizində suitilərin ölümündə neft şirkətlərinin təqsiri üzə çıxsa, onlar tam məsuliyyət daşıyacaqlar.


Amma nazir istisna etmir ki, suitiləri dənizin dibində yer qabığının çatlaması və qazın səthə çıxması nəticəsində də ölə bilərlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG