Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48

«Komissiyasının təhvil almadığı binalara orderlər, «kupça»lar verilməyəcək»


Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin də təmsil olunduğu Təhvil-Təslim Komissiyasının təhvil almadığı binalara orderlər, «kupça»lar verilməyəcək.


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyir ki, Bakıda yalnız bir neçə mənzilində yaşayış olan çoxlu binalar var ki, onlar komissiya tərəfindən təhvil alınmayan binalardı: «Həmin binalar tamamilə qanunsuzdur. Çünki o binalar komissiya tərəfindən istismara alınmayıblar. Belə hallar müəyyən olunur və barələrində tədbirlər görülür».


Nazir bildirir ki, işində və sənədlərində qüsurlar olduğu üçün əvvəllər tikintisi dayandırılmış binaların bir qismində iradlar aradan qaldırıldıqdan sonra inşaat işləri bərpa edilib. İndi artıq tikintilər başlamazdan əvvəl təhlükəsizlik məsələləri tam yerinə yetirilir. Bu barədə şirkətlərə müvafiq tapşırıqlar da verilib.


Fövqəladə Hallar naziri fəhlələri təhlükəsizlik qaydalarına riayət etməyə də çağırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG