Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

Təbriz şəhərinə kifayət qədər büdcə verilmir


İranın başqa şəhərləri ilə müqayisədə Təbrizə az maliyyə ayrıldığı bildirilir
İranın başqa şəhərləri ilə müqayisədə Təbrizə az maliyyə ayrıldığı bildirilir

Təbrizin Fərmandarı (şəhər icra hakimiyyəti) Məhəmmədəli Zəbihan aprelin 4-ə keçirilən Şəhər İdarə Şurasının iclasında büdcə azlığından şikayətlənib. O, bildirib ki, İranın başqa şəhərləri ilə müqayisədə əhali sayı nisbətinə Təbriz şəhərinə ayrılan büdcə qat-qat azdır və Şərqi Azərbaycan vilayətinə verilən kreditdən də Təbrizin payına düşən miqdar qeyri-mütənasibdir.


Yerli mətbuatda dərc edilən Təbriz Fərmandarının hesabatına görə, Şərqi Azərbaycan vilayətinin 50 faiz əhalisini təşkil edən mərkəz Təbrizə vilayət büdcəsindən yalnız 26 faizi ayrılır. Vilayətin məktəb tələbələrinin 48 faizinin Təbrizdə təhsil aldığına baxmayaraq, şəhər və onun ətrafındakı məktəblərə ayrılan maliyyə yardımları da azdır. İranın başqa şəhərlərində hər orta məktəb sinfində ortaq tələbə sayı 20 olduğu halda, Təbrizdə bu göstərici azı 30 tələbədir.


Eyni zamanda Təbrizin bələdiyyə işçiləri maaş azlığı və səbəbsiz işdən çıxarıldıqlarına etiraz edərək şəhərin Əmək Evində yığıncaq keçiriblər. İLNA xəbər agentliyinə müsahibə verən etiraz iştirakçılarından biri bildirib ki, şəhərin təmizlik və abadlığı uğrunda gecə-gündüz çalışan işçilərin ailə dolandırmağa imkanı çatmır və onların vəzifələrini qoruyan əmək qanunları icra edilmir.


Mart ayında Təbriz bələdiyyəsi beş ildən çox vəzifədə olan onlarla təcrübəli işçini heç bir səbəb göstərmədən işlərindən azad edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG