Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:50

«Azərbaycan qayıdış proqramı hazırlayır»


Valter Kalinin Azərbaycana səfəri aprelin 2-dən başlamışdı
Valter Kalinin Azərbaycana səfəri aprelin 2-dən başlamışdı

Azərbaycan hökuməti məcburi köçkünlərin yurdlarına qayıtması ilə bağlı qayıdış proqramı hazırlayır. BMT Baş katibinin Məcburi Köçkünlərin Hüquqları üzrə nümayəndəsi Valter Kalin Bakıya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bununla bağlı BMT ilə əməkdaşlıq edir. «Qaçqınların tez müddətdə geri dönməsi bəlkə də mümkün deyil» deyən cənab Kalin onların qayıdışının mürəkkəb və çoxmərhəlləi proses olduğunu deyir və hesab edir ki, buna indidən hazırlaşmaq lazımdır.


«İşğaldan azad olunan torpaqların minadan təmizlənməsində, dağıdılmış tikililərin, infrastrukturun bərpası da çətinliklər olacaq. Ən çətini isə iqtisadiyyatın bərpasıdır. Burda yeni iqtisadi modellərin tətbiqi zəruridir. Bu prosesə əvvəlcədən hazır olmaq çox vacibdir. Əlbəttə qaçqınları da buna hazırlamaq lazımdır».


Cənab Kalin Azərbaycana səfərinin yekunları ilə bağlı hesabat hazırlayacağını, həmin sənəddə yalnız torpağından didərgin düşənlərin yox, sərhədyanı və cəbhə xəttində məcburi köçkün həyatı yaşayanların da probleminə toxunacaq. Eyni zamanda, Valter Kalin BMT-yə üzv dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə səylərini intensivləşdirməyə çağıracağını deyir.


Cənab Kalin Azərbaycan hökumətinə isə məcburi köçkünlərin məşğulluq problemini həll etməsi ilə bağlı müraciət edib. Təmsil etdiyi qurumun bu yöndə yardıma hazır olduğunu da bildirib.


Valter Kalinin Azərbaycana səfəri aprelin 2-dən başlamışdı.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG