Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:45

«Boeing-747» Gəncə aeroportuna enib


Gəncə beynəlxalq marşrutlar üzrə uçan təyyarələri daimi olaraq qəbul edə bilər

Gəncə beynəlxalq marşrutlar üzrə uçan təyyarələri daimi olaraq qəbul edə bilər

Aprelin 6-da Gəncə Beynəlxalq Hava Limanı Honkonq-Budapeşt marşrutu ilə uçan 400 tonluq «Boeing-747» yük təyyarəsini qəbul edib.Bu, Gəncə aeroportunun qəbul etdiyi beynəlxalq marşrutla uçan ilk təyyarədir.


«Azal» Dövlət Hava Yolları Konsernin direktor müavini Etibar Hüseynov deyir ki, bu, sınaq xarakterli uçuş idi. Yəni Gəncə aeroportunun beynəlxalq uçuşlara hazır olub-olmamasını yoxlamaq məqsədi daşıyırdı. Onun sözlərinə görə, gələcəkdə Bakının Beynəlxalq Hava Limanı təyyarə qəbul edə bilməsə, Gəncə aeroportu ehtiyat variant kimi istifadə oluna bilər.


Cənab Hüseynov onu da bildirir ki, əgər təlabat artarsa, Gəncə beynəlxalq marşrutlar üzrə uçan təyyarələri daimi olaraq qəbul edə bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG