Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:11

Prezident Azərbaycandakı pravoslavları Pasxa bayramı münasibətilə təbrik edib


Aprelin 6-da prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. Təbrikdə bildirilir ki, əsrlər boyu dünya dinləri Azərbaycanda qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətdə mükəmməl etnik-dini tolerantlıq mühitinin formalaşmasında böyük rol oynayıb: «Hər il Azərbaycanda təntənə ilə keçirilən Pasxa bayramı xeyirxahlığın, mərhəmət və şəfqət duyğularının ifadəsidir».


Günün bütün mövzuları

XS
SM
MD
LG