Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:29

«Azəriqaz»ın qarşısında şəbəkə borularını təzələməklə bağlı tələb qoyulub


Standartlaşdırma, Metereologiya və Patent üzrə Milli Agentliyin direktoru Ramiz Həsənov mənzillərə quraşdırılan sayğaclar, qaz və elektrikin keyfiyyəti ilə bağlı onlara çoxlu müraciətlərin daxil olduğunu deyir. Onun sözlərinə görə, «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin quraşdırdığı sayğaclar standartlara uyğundur. Amma quraşdırılma zamanı problem yaranması istisna deyil. O ki qaldı, qazın keyfiyyətinə, cənab Həsənov Rusiyadan alınan və Azərbaycanda dənizdən çıxarılan qazın tərkibinə görə, fərqləndiyni, bu üzdən də şəbəkədə qarışdırılarkən keyfiyyətinin dəyişdiyini deyir. Eyni zamanda, qaz borularının köhnəlməsi də keyfiyyətə təsirsiz ötüşmür. Buna görə də, «Azəriqaz»ın qarşısında tələb qoyulub ki, şəbəkə boruları təzələnsin.


XS
SM
MD
LG