Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:40

«Qafqaz Müsəlmanları İdarəsinin yeyinti məhsuluna zəmanət verməsi qanunsuzdur»


Ramiz Həsənov: «Dini idarə bəlkə halallığını verir?»

Ramiz Həsənov: «Dini idarə bəlkə halallığını verir?»

«Qafqaz Müsəlmanları İdarəsinin hər hansı yeyinti məhsuluna zəmanət verməsi qanunsuzdur». Standartlaşdırma, Metereologiya və Patent üzrə Milli Agentliyin direktoru Ramiz Həsənov belə deyir. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, bu hüquq yalnız başçılıq etdiyi orqanın səlahiyyətinə aiddir: «Mən bu haqda birinci dəfədir eşidirəm. Dini idarə bəlkə halallığını verir? Qanuna görə, məhsul laborator analizdən keçirilməli, bizimlə məsləhətləşməlidir».


Cənab Həsənov son bir ildə Gürcüstandan sement, armatur və başqa tikinti materiallarının, eləcə də insan tələfatına səbəb olduğundan İrandan qaz sobalarının gətirilməsinə qadağa qoyulduğunu da bildirir. Onun sözlərinə görə, bu yöndə Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq edirlər.


Bundan başqa, Agentlik rəhbəri son bir ildə təzyiq və çəki ilə bağlı doqquz etalonun quraşdırıldığını, 2007-ci ildəsə vaxt etalonunun quraşdırılacağını deyir. O, bir sıra elektron cizahları, genetik modifikasiyaya uğramış yeyinti məhsullarını sınaqdan keçirmək üçün laboratoriyaların yaradılacağını da bildirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG