Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhərinin dostluq əlaqələrinə həsr olunmuş tədbirlər keçiriləcək


Bu il Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında dostluq əlaqələrinin qurulmasının 30 ili tamam olur.


Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaydığı press-relizdə deyilir ki, 3-7 mayda Sumqayıtda, 26-30 oktyabrda isə Almaniyada əlaqələrin 30 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək. Tədbirlərdə Lüdviqshafen şəhərinin meri Eva Lohze ilə yanaşı, Almaniyanın rəsmi şəxsləri, səfir Per Stankina, digər diplomatik korpusların və alman şirkətlərin nümayəndələri iştirak edəcəklər.


Yubiley tədbirləri çərçivəsində azərbaycanlı və alman rəssamların əsərlərindən ibarət sərgi nümayiş etdiriləcək, konsert proqramı təşkil ediləcək, həmçinin sahibkarlarla görüş keçiriləcəkdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG