Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev hələ də istintaq materialları ilə tanış olmur


Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev hələ də istintaq materialları ilə tanış olmur. Sabiq nazirinin hüquqlarını müdafiə komitəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, ona hər biri 200-250 səhifə olan 339 cildlik istintaq materialları ilə tanış olmaq üçün aprelin 12-ə qədər vaxt veriblər, o isə bu vaxtın azlığını bildirərək, istintaq materialları ilə tanışlıqdan imtina edib. Komitənin məlumata görə, Fərhad Əliyevin məhkəmə prosesinin nə vaxt başlanması da aprelin 12-dən sonra bəlli olacaq.


Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG