Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:22

Bakıdakı bankların 40%-dən çoxunda səhmlər qohumlara məxsusdur


Araşdırma Bakıdakı 34 bank və Azərbaycanın regionlarındakı 100 təşkilat arasında keçirilib
Araşdırma Bakıdakı 34 bank və Azərbaycanın regionlarındakı 100 təşkilat arasında keçirilib

Bakıda fəaliyyət göstərən bankların 40 faizindən çoxunda səhmlərin əsas hissəsi iri səhmdarların qohumlarına məxsusdur-bu fikir Beynəlxalq Maliyyə Korporasiyasının aprelin 6-da Bakıda keçirilən tədbirində səslənib. Təşkilat banklarda və digər qeyri bank strukturlarında korporativ idarəetməni araşdırmaq üçün həyata keçirdiyi layihəsinin nəticələrini açıqlayıb.


Hesabatda göstərilir ki, səhmlərin 20 faizindən çoxuna sahib olan səhmdarların idarə heyətinə üzv olmaları qadağan edilməsinə baxmayaraq, bankların 17,6 faizində bu prinsipə əməl edilmir.


Layihənin rəsmisi Çarlz Kənfild bildirib ki, hesabat təşkilat rəhbərləri ilə üz-üzə araşdırma əsasında hazırlandığından nəticələrdə şişirdilmiş rəqəmlərin olması istisna edilmir.


Araşdırma Bakıdakı 34 bank və Azərbaycanın regionlarındakı 100 təşkilat arasında keçirilib. 2005-ci ilin avqustundan başlayan araşdırma 2 il davam edib. Layihədə məqsəd Azərbaycanın bank və qeyri-bank sektorunda korporativ idarəetməyə nə dərəcə də əməl olunmasını araşdırmaq olub. Beynəlxalq təşkilat əvvəlcə 43 bankda araşdırma aparmaq istəsə də yalnız 34 bank buna icazə verib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG