Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:44

«Qazaxıstanda neft pulları qorunub saxlanır»


Qazaxstanda Neft Fondunda yığılan pula əl dəymirlər
Qazaxstanda Neft Fondunda yığılan pula əl dəymirlər
Azərbaycanda tez-tez Norveçi və Qazaxstanı misal çəkirlər. Ancaq Norveçdə də Neft Fondundakı pul büdcə xərclərinə yönələ bilər. Parlamentin razılığı ilə, yəni belə deyil ki, neft pulu bütünlüklə gələcək nəsillərə saxlanır. Müxalifətin, daimi təzyiqi var ki, neft pulunun bir hissəsi təhsilə xərclənsin.

Qazaxstanda necədir? Qazaxıstanlı ekspert, elmlər doktoru Nurlan Nurseyit deyir ki, Qazaxıstanda neft pulları qorunub saxlanır, Azərbaycanda isə xərclənir.


Norveçdən fərqli olaraq, Qazaxstanda neft pulları artım üçün aksiyalarda, istiqrazlarda yerləşdirilmir, investisiya olunmur.


Norveç neft pulunun 40 faizini istiqrazlara, 60 faizini səhmlərə yönəldib. Coğrafi baxımdan 50 faiz Avropaya, 30 faiz Şimali və Cənubi Amerikalara, 20 faizi Asiyaya qoyulub. Qazaxstan heç bir riskə getmədən neft pullarını qoruyur.


Ancaq demək olmaz ki, Qazaxstanda neft gəliri heç xərclənmir. Bu ölkədə son yarım ildir ki, neft pulları büdcə xərclərinə yönəldilir, ancaq Neft Fondunda yığılan pula əl dəymirlər. Yalnız bu pulun gətirdiyi faiz xərclənir. Yəni cüzi məbləğ. Hazırda Qazaxıstanda müzakirələr gedir ki, bu pulların bir qismi infrastruktura xərclənsin. Azərbaycandakı kimi…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG