Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43

Seçki Məcəlləsi gələn həftə Bakıda müzakirə olunacaq


Ekspertlər hökumətinin seçki qanunvericiliyi ilə bağlı təkliflərini dəyərləndirəcəklər

Ekspertlər hökumətinin seçki qanunvericiliyi ilə bağlı təkliflərini dəyərləndirəcəklər

Beynəlxalq qurumların seçki üzrə ekspertləri Seçki Məcəlləsini Azərbaycan hökuməti ilə müzakirə etmək məqsədilə aprelin 11-də və 12-də Bakıda toplaşacaqlar. Tərəflər hökumətin Seçki Məcəlləsinə dəyişikliklər, xüsusən də seçki komissiyalarının formalaşdırılması ilə bağlı ötən il göndərdiyi təklifləri müzakirə edəcəklər.


Diplomatik mənbələrin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Azərbaycan hökumətinin seçki qanunvericiliyinə dəyişikliklə bağlı təkliflərini beynəlxalq qurumlar ilk dəfə birgə dəyərləndirəcəklər.


Prezidentin İcra Aparatının Qanunvericilik və Hüquqi Ekspertiza şöbəsinin müdiri Şahin Əliyevsə görüşün vaxtının dəqiqləşmədiyini deyir.


Müzakirədə Prezident Aparatının, Milli Məclisin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Venesiya Komissiyası, İFES-Beynəlxalq Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri iştirak edəcəklər.


Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə seçki qanunvericiliyinin apreldə Venesiya Komissiyasının üzvləri ilə müzakirə ediləcəyini bildirib. O, beynəlxalq qurumların təkliflərində bəzi məqamlarla razılaşmadıqlarını, amma danışıqlarda ortaq variantın tapıla biləcəyini də deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG