Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:44

«Dənizçilər İranla razılaşma-filan olmadan buraxılıblar»


İran dənizçiləri Londonda - 15 aprel 2007

İran dənizçiləri Londonda - 15 aprel 2007

Böyük Britaniyanın Baş naziri Toni Bler dənizçilərin qaytarılmasını alqışlayıb. Deyib ki, dənizçilər İranla razılaşma-filan olmadan buraxılıblar və Tehranla Britaniya arasında yeni, maraqlı ünsiyyət yolları açılıb: «Biz heyətimizin azad olunmasını təmin edə bildik. Həm də çoxlarının gözlədiyindən tez. Heç bir sövdələşmə, danışıq, tərəflər arasında razılaşma-filan olmadan».


15 Britaniya dənizçisi iki həftəyə yaxın idi ki, İranda saxlanırdı. Tehran tələb edirdi ki, Britaniya, dənizçilərinin İran sərhədini pozduğunu etiraf etsin. Amma Briyaniya hərbçilərin İraq sularında tutulduğunu deyirdi. Aprelin 4-də İran prezidenti Mahmud Əhmədinejad gözlənilmədən elan etdi ki, dənizçilər azad olunur.


Bu arada Britaniyayla İran arasında gərginlik neftin qiymətini xeyli qaldırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG