Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:40

Ukrayna hökuməti Təhlükəsizlik Şurasının qərarına tabe olmaqdan imtina edib



Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hakimiyyət orqanlarına vaxtından qabaq parlament seçkilərinə hazırlaşmağı tapşırıb.


Bu haqda aprelin 5-də Şuranın iclasından sonra Ali Radanın sədri Aleksandr Moroz məlumat verib.


Təhlükəsizlik Şurasının katibi Vitali Qayduku deyib ki, hökumətə qısa zamanda dövlət büdcəsinin ehtiyat fondu hesabına seçkilərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.


Amma Ukrayna hökuməti Təhlükəsizlik Şurasının qərarına tabe olmayacaq. Bunu Baş nazir Viktor Yanukoviç deyib.


O, bildirib ki, əvvəlcə Konstitusiya Məhkəməsi Viktor Yuşşenkonun sərəncamının əsas qanuna uyğunluğunu müəyyənləşdirməlidir.


Yuşşenko parlamentin buraxılması və vaxtından qabaq seçkilərin keçirilməsi haqqında sərəncamının icrasında israr edir.


Yanukoviç deyib ki, Avstriya kanslerindən ölkədə siyasi böhranın həllində vasitəçilik etməsini xahiş edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG