Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:05

İstanbulda 70 min erməni yaşayır


Yalnız İstanbulda 20-dək erməni kilsəsi var
Yalnız İstanbulda 20-dək erməni kilsəsi var
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan İstanbulda Osmanlı İmperiyasında ermənilərin həyatına həsr olunan muzeyin açılışında iştirak edib. Köhnə münaqişələr və tarixi hadisələrin ziddiyyətli izahı indiyədək Türkiyə və Ermənistanın münasibətlərini çətinləşdirir. Bəs hazırda Türkiyədə erməni əhalisinin gündəlik həyatı necə görünür? İki millətin nümayəndələri öz aralarında necə ünsiyyət saxlayırlar?

Tiqran Mərmərə dənizinin sahilində rahat-lukum satan dükanlardan birini sahibidir. «Ey, Tiko, nasılsın?»-deyə yoldan ötən türklər həmişə Tiqranın kef-əhvalını xəbər alırlar. O, artıq 30 ildir İstanbulun erməni məhəlləsi adlanan Şişli mikrorayonunda dükan işlədir.


«Məni məhhələdə hamı Tiko adlandırır»-deyə Tiqran bildirir. «Bu, Tiqranın qısaldılmış adıdır. Adları nəvazişlə qısaltmaq ermənilərin köhnə adətdir. Tiqran adını mənə babamın şərəfinə veriblər. O, məşhur idi, müxtəlif alətlərdə ifa edirdi. Bəlkə də Türkiyədə yeganə adam idi ki, ərik ağacından düzəldilən qədim erməni aləti tütəkdə mükəmməl çalırdı».


Dissident konyakı və «beş faizlik erməni»


Türkiyə ilə Ermənistan arasında sərhəd bağlıdır, amma İstanbul erməniləri hər yay öz uşaqlarını Yerevana aparmağa çalışırlar. İstanbula qayıdarkən, ailə və yaxınların çevrəsində səyahətin çətinlikləri haqda danışırlar. Yerevandan çəhrayı tuf daşından olan gözəl evlər haqqında xatirələr söyləyir və əsl Yerevan konyakı-«Ararat» gətirirlər. «Ararat» demək olar ki, Türkiyədə dissident məhsuludur, Türkiyə beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırıb, ermənilərin Türkiyənin Ararat dağlıq massivinin rəmz kimi istifadəsinə etiraz edir.


Türkiyədə yaşayan bir çox ermənilərin valideynləri bir vaxtlar, müxtəlif səbəbdən islamı qəbul ediblər, amma cavanlar tədricən erməni kilsəsinin ağuşuna qayıdır. Xaç suyuna salma mərasimi İstanbulda fəaliyyət göstərən 20 erməni kilsəsindən biri-Müqəddəs Qeorqi kilsəsində həyata keçirilir. Toy mərasimlərinə türk qonaqları dəvət edirlər. Türklər ailəliklə gəlirlər, maraqla ətrafda hər şeyi gözdən keçirirlər, amma özlərini çox hörmətlə aparırlar... Erməni pasxasına buraya erməni icmasının böyük hissəsi toplaşır. Kilsə skamyalarında oturan qocalar çox sayda türk çörəkxanalarında bişirilən Pasxa çörəyini dadırlar və bir vaxtlar məşhur və varlı İstanbul erməniləri haqda hekayələri nağıl edirlər.


Kilsəyə gələn Samvel deyir ki, varlı ermənilər içərisində ən nüfuzlusu-Qalust Qyulbenkyan Osmanlı İmperiyasında bütün neft ticarətin nəzarət edirdi. Deyirlər ki, hələ uşaq olarkən Qulbenkyan çox qabiliyyətli oğlan olub. Guya, İstanbul bazarından köhnə sikkələri, köhnə əşyaları alırmış. Sonradan dünyada ən məşhur rəsm kolleksiyalarından birini toplamağa müvəffəq olur. «O, çox hiyləgər idi! Bütün erməni talanlarından yayınırdı, Sultan Əbdülhəmidin sarayında ən inanılmış insanlardan biri idi. Ən iri neft şirkətini açıb, imperiyan ərazisində bütün sazişlərdən beş faiz alırdı. Buna görə də onu «beş faizlik erməni» adlandırırdılar.


Məktəbdə bütün vacib fənləri türk dilində tədris olunur


Türkiyədə yaşayan ermənilərin əksəriyyəti, təxminən 80 faizi, xüsusilə də cavanlar, türk dilində danışır, türk nəşrlərini oxuyur və doğma mədəniyyətlə az maraqlanırlar. İstanbulda mövcud olan 20-dək erməni məktəbinin əksəriyyəti kilsənin nəzdindədir, burada azı üç min uşaq oxuyur.


Lakin, erməni dilində tədris orada da bir neçə fənnlə məhdudlaşır, əsasən ədəbiyyat və incəsənət tarixi ilə. Vacib fənlər türk dilində keçilir. Bundan əlavə, «Erməni dili» müəllimləri bir qayda olaraq çatışmır. «Erməni dili» müəlliməsi Selin Taş danışır: «İstanbulda «Erməni dili» kursları açılır, istəyən bütün türklər bura yazılır. Bu, əsasən cavanlar-tələbələr, liberal baxışların müəllimləridir. 1996-cı ildən İstanbulda çıxan həftəlik «Aqos» erməni qəzetinin baş redaktoru Qrant Dinkin qətlindən sonra erməni dilini öyrənmək istəyənlərin sayı artıb. Bir çoxları etiraz əlaməti olaraq, öyrənməyə başlayıblar. Amma müəllimlərin hazırlanmasında böyük çətinliklər yaranır. Türkiyə qanunlarına əsasən, pedaqoji təhsili yalnız dövlət ali məktəblərində almaq olar. Amma orada erməni dili öyrədilmir. Odur ki, erməni dilinin tədrisi ildən ilə azalır...


«Mən səni sevirəm»


Erməni oğlanları türk sevgililərinə «Yes kes sirum em»-«mən səni sevirəm» deyirlər. Erməni gəcləri qarışıq nikahlara girmək üçün maneə görmür (Türkiyə mətbuatının məlumatı belədir). Amma yaşlı nəsil mühafizəkarlıq göstərir, yalnız öz soydaşları ilə ünsiyyət saxlayır və uşaqları «özününküləri» ilə evləndirirlər. Yaşlılar erməni millətinə xas olmayan bu cür qapanmanı özünü qoruma hissi ilə izah edirlər. Bu hiss ermənilərdə uzun illər türk mühitində yaşamaları nəticəsində yaranıb. Bu səbəbdən də Türkiyədə yaşayan ermənilər ötən əsrin əvvəllərində baş verən hadisələri çox ehtiyatla müzakirə etməyə üstünlük verirlər.


Ermənilər İstanbula köhnə yunan adı Konstantinopolisi qısaldaraq sadəcə Polis deyirlər. Özlərini isə «polsaxay» adlandırırlar, yerli ermənilərin dilində bu, «Konstantinopol ermənisi» deməkdir. Müxtəlif məlumatlara əsasən, İstanbulda onların sayı 60-70 mindən çox deyil.


Məqalə Forumda müzakirə olunur


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG