Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:17

Elmar Məmmədyarov Yaxın Şərqə səfərə çıxır


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov aprelin 8-dən 13-dək Yaxın Şərq ölkələri İordaniya, Suriya və Livanda işgüzar səfərdə olacaq. Bu zaman iqtisadi xarakterli sənədlərin imzalanması da istisna olunmur.


Nazirliyin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin katibi Xəzər İbrahim deyir ki, cənab Məmmədyarovun Yaxın Şərq səfəri İordaniyadan başlayacaq. Nazir iordaniyalı həmkarı, bu ölkənin Baş naziri və Əmman şəhərinin meri ilə görüşəcək.


E.Məmmədyarov aprelin 11-12-də isə Suriyada olacaq, bu ölkənin prezidenti və parlament rəhbəri ilə görüşəcək, eyni zamanda, Azərbaycan səfirliyinin açılışında iştirak edəcək.


Səfər aprelin 13-də Livanda başa çatacaq.


XS
SM
MD
LG