Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

«Boloniya prosesinin formal tətbiqi heç bir fayda verməyəcək»


Ekspertlər Boloniya sistemini müzakirə ediblər

Ekspertlər Boloniya sistemini müzakirə ediblər

Boloniya prosesinin ali məktəblərə hansı səviyyədə tətbiqi məsələsi Rəmzi Anayasa Məhkəməsinin İctimai Dinləməsində müzakirə olunub. Müzakirəyə təklif olunan sual aşağıdakı kimidir-Azərbaycanın ali təhsil ocaqları Boloniya prosesinə qoşulsun, ya yox?


Dinləmə Komissiyasının sədri Sevinc Əsgərova ictimaiyyət nümayəndələrini Komissiyanın tərkibiylə tanış edib. İncəsənət Universitetinin professoru Məryəm Əlizadə və əməkdar incəsənət xadimi İncəsənət Universitetinin müəllimi Vaqif İbrahimoğlu.


Müzakirədə iddiaçı valideyn Aysu Qasımova, onun müdafiəçisi isə təhsil eksperti Etibar Əliyev olub. Tərəflər mövqelərini açıqladıqdan sonra iştirakçılarının suallarını cavablandırıblar.


Dinləmələrdən sonra məsələ səsverməyə çıxarılıb. İştirakçılardan 14 nəfəri Azərbaycan ali məktəblərinin Boloniya prosesinə qoşulmasını bəyəndiyini, 12 nəfər bəyənmədiyini, 16 nəfər isə bitərəf qaldıqları bildiriblər.


XS
SM
MD
LG