Tarif Şurası nazirlik və idarələrdən rabitə, dəmiryolu və bəzi kommunal xidmətlərin qiymətlərinin artırılması ilə bağlı müraciətləri araşdırır. Qurumdan «Azadlıq» radiosuna bildiriblər ki, kommunal xidmətlər arasında lift və məişət tullantılarının atılması ilə bağlı qiymətlərə yenidən baxıla bilər.
Müraciətlərin iqtisadi əsaslandırmasını təhlil edən Tarif Şurasının məsələ ilə bağlı nə zaman qərar verəcəyi məlum deyil.
Tarif Şurasının bu il yanvarın 6-da qəbul etdiyi qərarla benzin və dizel yanacağı, elektrik, su, kanalizasiya və qeyri-əhali qrupu üçün qaz, ictimai nəqliyyat və dövlət yol polisinin bəzi xidmətlərinin qiymətləri qaldırılıb.