Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:40

«Amerikalılar İraqdakı müharibədən beziblər»


Buş konqresin qoşunların İraqdan çıxarılması üçün vaxt müəyyən edən qanununa veto qoyacağını deyir

Buş konqresin qoşunların İraqdan çıxarılması üçün vaxt müəyyən edən qanununa veto qoyacağını deyir

«Amerikalılar İraqdakı müharibədən beziblər və bilmək istəyirlər ki, Amerika İraqda uğur qazana biləcəkmi?» ABŞ prezidenti Corc Buş Kaliforniyada İraqa yollanmağa hazırlaşan Amerika əsgərləri qarşısında çıxışında belə deyib. Amma Buş onu da deyib ki, qoşunların İraqdan vaxtından əvvəl çıxarılması region üçün təhlükə doğura bilər.


Cənab Buş bildirib ki, parlamentin hər iki palatasının qoşunların İraqdan çıxarılması üçün vaxt müəyyən edən və maliyyələşməsini məhdudlaşdıran qanun layihələrinə veto qoyacaq.


«Düşmən İraqdakı münaqişəni hansısa vaxt çərçivəsində, qrafiklə aparmır. Onlar bizimlə vuruşmağı planlaşdırırlar və biz də onlarla İraqda vuruşmalıyıq. Düşmənin İraqdan kənarda hücumunu gözləmək strategiyası çox təhlükəlidir. Bu bizim qoşunlarımız və ölkəmiz üçün təhlükəlidir».


Bundan öncə Amerikanın müdafiə naziri Robert Qeyts də deyib ki, konqresin İraqdakı qoşunlara maliyyəni məhdudlaşdırmaq planları orada qan tökülməsini artıracaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG