Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:35

Böyük Çin Səddinin «itmiş» hissəsi tapılıb


Nə Çində, nə də xaricdə divarın uzunluğu barədə doğru məlumat yoxdur

Nə Çində, nə də xaricdə divarın uzunluğu barədə doğru məlumat yoxdur

Pekin ətrafında Böyük Çin Səddinin Şimali Tsi sülaləsinin hakimiyyəti illərində (eramızın 550-577-ci illəri) tikilən yeni altı kilometrlik hissəsi tapılıb. Tapıntı Böyük Çin Səddinin dəqiq uzunluğunun müəyyənləşdirilməsi üçün bu ilin aprelindən başlayan işlər zamanı üzə çıxıb.

Çinin Qədim Abidələr və Mədəniyyət üzrə Dövlət İdarəsi Geodeziya və Kartoqrafiya İdarəsi ilə birlikdə yaxın dörd ildə dünyada ən uzun tikilinin vəziyyəti və ölçüsü haqda dəqiq məlumat almağı planlaşdırır.


Ölçü işlərinə başlamaq qərarı çoxlu tarixçi və arxeoloqun Çin hökumətinə müraciətinə cavab olaraq verilib. Onlar bu cür təhqiqatların zəruriliyini onunla əsaslandırırlar ki, indiyədək nə Çində, nə də xaricdə divarın uzunluğu barədə doğru məlumat yoxdur.


Gələn ilin ortalarında divarın Min sülaləsi dövründə inşa olunan hissəsinin ölçülməsi işini tamamlamaq planlaşdırılır. Daha gec tikilən qalan hissələrin uzunluğunun ölçülməsiisə sonrakı iki ildə başa çatdırılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG