Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

Baş nazirlərin görüşündə konkret bir sənəd imzalanmayıb


Azərbaycan, Gürcüstan və Qazaxıstanın baş nazirləri iqtisadi sahədə daha sıx əməkdaşlıq etmək qərarına gəliblər. Aprelin 4-də Bakıda görüşən hökumət başçıları əldə etdikləri razılaşma barədə müvafiq dövlət strukturlarına göstəriş veriblər. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli «Azadlıq» Radiosuna bildirib:


«Görüşdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi, xüsusən nəqliyyat, rabitə sahələrinə investisiya qoyuluşu, Avropa ölkələrinə neftin, qazın nəqli, Xəzər dənizinin dibi ilə fiberoptik kabellərin cəkilməsi və digər sahələrdə ölkələrin daha sıx əməkdaşlıq etməsi qərara alınıb. Razılaşdırılan məsələlərlə bağlı müvafiq nazirliklərə bu istiqamətdə daha sıx işləmək tapşırığı verilib».


Akif Əlinin bildirdiyinə görə, baş nazirlərin görüşündə konkret bir sənəd imzalanmayıb. Amma hökumət başçıları razılaşıblar ki, əməkdaşlığın gedişində zərurət yaranarsa, uyğun sənədlər də imzalanacaq.


Qazaxıstanın və Gürcüstanın baş nazirlərini prezident İlham Əliyev də qəbul edib.


XS
SM
MD
LG