Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

Britaniya dənizçiləri azad olundular


Britaniya dənizçiləri Londona aprelin 5-i səhər uçacaqlar
Britaniya dənizçiləri Londona aprelin 5-i səhər uçacaqlar
Onlar Tehrandakı Böyük Britaniya səfirliyinin əməkdaşlarına veriləcəklər. Bunu İran İslam Respublikasının Londondakı nümayəndəsi «Sky News» telekanalına bildirib.

Rəsmi IRNA agentliyinin məlumatına əsasən, Britaniya dənizçiləri Londona aprelin 5-i yerli vaxtla səhər saat 8-də uçacaqlar.


Dənizçiləri azad etmək qərarını prezident Mahmud Əhmədinejad aprelin 4-də, yerli və əcnəbi müxbirlər üçün Tehranda keçirdiyi mətbuat konfransında elan edib.


Əhmədinejad qeyd edib ki, Böyük Britaniya ilə «heç bir sövdələşmə olmayıb, onların azad olunması iranlıların Britaniya xalqına hədiyyəsi» kimi qiymətləndirilməlidir: «Biz onları əfv etməyi qərara almışıq».


Mətbuat konfransından sonra İran prezidenti britaniyalı dənizçilərlə görüş keçirib.


Martın 23-də İran tərəfi 15 Britaniya dənizçisinin su sərhədini pozduğunu iddia edərək, onları həbsə alıb. Böyük Britaniya isə bəyan edib ki, onun hərbçiləri İraq sularında saxlanıblar.


İran prezidenti Britaniya dənizçilərini tutan hərbçiləri medallarla təltif edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG