Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:03

İran-Azərbaycan sərhədinin bağlanması xəbəri təkzib olundu


Astara Rayon İcra Hakimiyyətindən də sərhədin bağlanması xəbəri təkzib olunub

Astara Rayon İcra Hakimiyyətindən də sərhədin bağlanması xəbəri təkzib olunub

İranın Bakıdakı səfirliyi iki ölkə arasında sərhədin İran tərəfdən bağlanması haqqında Azərbaycan KİV-lərinin xəbərlərini təkzib edib. İran səfirliyindən «Turan»a bildiriblər ki, gömrük-buraxılış məntəqələrində heç bir dəyişiklik yoxdur və onlar adi rejimdə fəaliyyət göstərirlər.


Məsələ ilə bağlı «Azadlıq» Radiosuna münasibət bildirən Astara Rayon İcra Hakimiyyətindən də bu məlumatlı təkzib ediblər.


«Ayna» qəzetinin 4 aprel tarixli sayında yazılıb ki, İran Azərbaycanla sərhədlərini bağlayıb. Qəzet iddia edir ki, müharibə qorxusu nəticəsində minlərlə iranlı ailəsinin Azərbaycana köçmək istəyi rəsmi Tehranı bu addımı atmağa məcbur edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG