Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:08

Qazaxıstan Bakı-Axalkalki-Qars xətti ilə hər il 10 milyon ton yük daşınacağına təminat verir


Qazaxıstan naziri deyir ki, «Bakı-Axalkalaki-Qars» Şərqdən Qərbə açılan ikinci qapı olacaq

Qazaxıstan naziri deyir ki, «Bakı-Axalkalaki-Qars» Şərqdən Qərbə açılan ikinci qapı olacaq

Qazaxıstan Bakı-Axalkalki-Qars dəmiryolu ilə hər il azı 10 milyon ton yük daşınmasına təminat verir. Qazaxıstanın Nəqliyyat və Rabitə naziri Serik Axmetov Tbilisiyə rəsmi səfəri zamanı belə deyib. Axmetovun sözlərinə görə, onun ölkəsi hər il bu dəmiryol xəttiylə azı 10 milyon ton yük daşımaq fikrindədir. Onun sözlərinə görə, Qazaxıstandan Çinə çəkilən yeni dəmiryol xətti də hazır olandan sonra-«Bakı-Axalkalaki-Qars» Şərqdən Qərbə-Avropaya açılan ikinci qapı olacaq.


Azərbaycan 600 milyon dollar dəyərində olan bu layihənin Gürcüstana düşən payını da maliyyələşdirməyə razılıq verib. Dəmiryolunun çəkilməsi və yenidən qurulmasına bu ilin yayından başlanacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG