Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:35

Toni Bler İrana xəbərdarlıq etdi: növbəti 48 saat həlledicidir


Böyük Britaniyanın Baş naziri Toni Bler bəyan edib ki, yaxın 48 saat İranda saxlanan 15 Britaniya dənizçisi ətrafında böhranın nizamlanması üçün həlledici olacaq.

Bler xəbərdar edib ki, saxlanan dənizçilər buraxılmasa, London «sərt qərarlar verəcək». O, deyib ki, iki variant var: «Dənizçiləri mümkün qədər tez qaytarmaq üçün münaqişənin dinc yolla həllinə çalışmaq, bu, baş verməsə isə, daha sərt qərarlar qəbul olunacaq».


Bununla belə, Bler İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin bəyanatını alqışlayıb.


Əli Laricani Britaniyanın «Channel 4» telekanalına bildirib ki, İran diplomatik yola üstünlük verir. «Biz bu məsələni daha da mürəkkəbləşdirmək istəmirik», - deyə Laricani qeyd edib.


Toni Blerin fikrincə, bu bəyanat «danışıqlar üçün deyəsən, perspektiv açır».


Günün bütün mövzuları

XS
SM
MD
LG