Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:33

Qobustan həbsxanasında məhbusların aclıq aksiyasını dayandırdığı bildirilir


10 məhbus martın 27-dən ömürlük cəzalarının 15 illik həbslə əvəzlənməsi tələbi ilə aclıq aksiyası keçirirdi

10 məhbus martın 27-dən ömürlük cəzalarının 15 illik həbslə əvəzlənməsi tələbi ilə aclıq aksiyası keçirirdi

Qobustan qapalı həbsxanasında aclıq elan edən məhbuslar martın 3-də günorta saatlarında aksiyanı dayandırıblar. Bu barədə APA-ya həbsxananın rəisi Əlizadə Hüseynov məlumat verib. Rəis bildirib ki, bu onun, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələrinin və həkimlərin məhbuslarla söhbətindən sonra baş verib: «Artıq məhbuslar bilirlər ki, onların tələbləri barədə həm ölkənin, həm də beynəlxalq ictimaiyyətin məlumatı var. Onlar bunu istəyirdilər və məqsədlərinə nail olublar. Belə olan halda, aksiyanı davam etdirməyin əhəmiyyəti yox idi. Onlar bizim müraciəti müsbət cavablandırdılar və aclığı dayandırdılar».


Əlizadə Hüseynovun sözlərinə görə, aclıq edən 10 məhbus aksiyanı dayandırmaqla bağlı ona ərizə ilə müraciət edib.


Ömürlük həbs cəzasına məhkum olunmuş Dəyanət Kərimovun vəkili Salman Osmanov isə «Azadlıq» Radiosuna bildirib ki, onun müdafiə etdiyi şəxs aclıq aksiyasını dayandırmayıb.


Həbsxanada cəza çəkən 10 məhbus martın 27-dən ömürlük cəzalarının 15 illik həbslə əvəzlənməsi tələbi ilə aclıq aksiyası keçirirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG