Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

Gürcü naziri Xələf Xələfova tarix kitablarını oxumağı məsləhət görür


Gürcüstan XİN başçısı Xələf Xələfova dünya tarixi kitablarını oxumağı məsləhət görür

Gürcüstan XİN başçısı Xələf Xələfova dünya tarixi kitablarını oxumağı məsləhət görür

Gürcüstanın Xarici İşlər naziri Gela Bejuaşvili Azərbaycan rəsmilərinin «Qurucu Davidin kilsəsi»nin tarixi kökləri ilə bağlı açıqlamalarına sərt reaksiya verib. Gürcüstan mətbuatının iddiasına görə, Azərbaycan Xarici İşlər nazirinin müavini, Dövlətlərarası Delimitasia və Demarkasiya üzrə komissiyasının Azərbaycan tərəfindən rəhbəri Xələf Xələfov müsahibələrinin birində iki ölkənin sərhəd ərazisində yerləşən kilsənin alban abidəsi olduğunu bildirib. Buna münasibət bildirən Bejuaşvili azərbaycanlı həmkarına tarix kitablarını oxumağı məsləhət görüb.


«Dövlətlərarası Delimitasiya və Demarkasiya üzrə komissiyasının mandatına bu və ya digər abidənin kökü məsələsini araşdırmaq daxil deyil. Mandat sərhədin müəyyənləşdirilməsinə aiddir. Mənə onun tarixə qiymət verməsi aydın deyil. Mən ona dünya tarixi kitablarını oxumağı və necə deyərlər öz işi ilə məşğul olmağı məsləhət görürəm».


Gürcüstan Xarici İşlər nazirinin fikirlərinə Azərbaycan XİN-dən münasibət öyrənmək mümkün olmadı.


Martın 6-da Dövlətlərarası Delimitasiya və Demarkasiya üzrə komissiya işə başlayıb. 12 nəfərdən ibarət Gürcüstan hökumətlərarası komissiyasına Gürcüstan Xarici İşlər nazirinin müavini Georgi Manceqaladze rəhbərlik edir.


Tərəflər Azərbaycan və Gürcüstan sərhədləri boyu 470 km. uzunluqda ərazinin delimitasiyası məsələlərini müzakirə edəcək. Hazırda bütün ərazinin 210 kilometri razılaşdırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG