Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:57

Tibbi xidmətin səviyyəsinə görə Bakı dünyada sonuncudur


Azərbaycan paytaxtı 27.6 balla dünyada sonuncu yeri tutur

Azərbaycan paytaxtı 27.6 balla dünyada sonuncu yeri tutur

Londonda yerləşən «Mercer Human Resource Consulting» şirkəti 2007-ci il üçün dünyanın müxtəlif şəhərlərində həyat səviyyəsinin keyfiyyətinə dair reytinq dərc etdirib.


Məlumatlar müxtəlif ölkələrdə çalışan əcnəbi mütəxəssislər arasında sorğu əsasında formalaşıb. Aprelin 2-də dərc olunan reytinqdə 215 şəhər iştirak edib.


Tibbi xidmət və sanitar şəraitin səviyyəsinə dair xüsusi reytinqdə Bakı 27.6 balla dünyada sonuncu yeri tutub. Siyahıya isə 131.7 balla Kanadanın Kalqari şəhəri başçılıq edir.


Rusiyanın paytaxtı Moskva 43.4 balla 201-ci yerdə qərarlaşıb.


Şəhərlər 100 bal hesab olunan Nyu-Yorkdakı həyat səviyyəsinə münasibətdə qiymətləndirilir. «Sağlamlıq» reytinqində tibbi xidmətlərin keyfiyyəti və əlverişliliyi, atmosferə atılan zəhərli tullantıların səviyyəsi, zibillərin daşınması sistemi, su təchizatının keyfiyyəti nəzərə alınır.


Reytinq siyahısı hər il tərtib olunur. Müxtəlif ölkə hökumətlərinə və öz əməkdaşlarını xaricə ezamiyyətə yollayan şirkət rəhbərlərinə dolğun məlumat vermək üçün aparılır.


Tibbi xidmət və sanitar şəraitin səviyyəsinə dair reytinq:


1.


Kalqari, Kanada 131.7

2.


Honolulu, ABŞ 130.3

3.


Helsinki, Finlandiya 128.5

4.


Ottava, Kanada


127.2


5.


Minneapolis, ABŞ


125.7


6.


Oslo, Norveç


125


7.


Stokholm, İsveç


125


8.


Sürix, İsveçrə


125


9.


Katsuyama, Yaponiya


123.8


10.


Bern, İsveçrə


123.7


18.


Vellinqton, Yeni Zelandiya


123.1


50.


Sinqapur


114


53.


Tokio, Yaponiya


113.5


58.


Dubay, Birləşmiş Ərəb Əmirlikləri


112.9


62.


Sidney, Avstraliya


111.3


63.


London, Böyük Britaniya


111.2


75.


Praqa, Çexiya


101.3


117.


Honq-Konq, Çin


80.8


166.


Pekin, Çin


60.3


174.


Kazan, Rusiya


54


182.


Novosibirsk, Rusiya


51.1


184.


Sankt-Peterburq, Rusiya


50.5


201.


Moskva, Rusiya


43.4


212.


Port Au Prins, Haiti


34


213.


Antananarivo, Madaqaskar


30.1


214.


Dhaka, Banqladeş


29.6


215.

Bakı, Azərbaycan


27.6


Günün bütün mövzuları

XS
SM
MD
LG