Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:57

«Forbes» dünyanın ən varlı futbol klublarının reytinqini dərc edib


«Forbes» «Çelsi»nin dəyərini 537 milyon dollar həcmində qiymətləndirb

«Forbes» «Çelsi»nin dəyərini 537 milyon dollar həcmində qiymətləndirb

Amerika jurnalı «Forbes» dünyanın ən varlı futbol klublarının reytinqini dərc edib. Rusiyalı milyarder Roman Abramoviçin sahibi olduğu Londonun «Çelsi» klubu siyahıda səkkizinci yerdədir. Birinci sırada isə İngiltərənin digər klubu «Mançester Yunayted» qərarlaşıb.


«Forbes» «Çelsi»nin dəyərini 537 milyon dollar həcmində qiymətləndirb. «Mançester Yunayted»in qiyməti isə bundan təxminən üç dəfə artıqdır- 1 milyard 453 milyon dollar. Reytinqdə ikinci yer İspaniyanın Real klubuna (1 milyard 34 milyon dollar), üçüncü yer isə Londonun «Arsenal»( 915 milyon dollar) klubuna məxsusdur. Onluqda həmçinin İtaliyanın üç («Milan», «Yuventus» və «İnter») klubları da təmsil olunub.


«Forbes»in versiyasına görə, dünyanın ən varlı on klubu:


1. «Mançester Yunayted» (İngiltərə) – 1.453 milyon dollar;
2. «Real» (Madrid, İspaniya) – 1.034 milyon dollar;
3. «Arsenal» (London, İngiltərə) – 915 milyon dollar;
4. «Bavariya» (Almaniya) – 838 milyon dollar;
5. «Milan» (İtaliya) – 824 milyon dollar;
6. «Yuventus» (İtaliya) – 567 milyon dollar;
7. «İnter» (Milan, İtaliya) – 555 milyon dollar;
8. «Çelsi» (İngiltərə) – 537 milyon dollar;
9. «Barselona» (İspaniya) – 535 milyon dollar;
10. «Şalke-04» (Almaniya) – 471 milyon dollar.


Günün bütün mövzuları

XS
SM
MD
LG