Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:11

Aprelin 3-də Bakıda Azərbaycan, Qazaxıstan və Gürcüstan baş nazirlərinin görüşü gözlənilir


Bakıda aprelin 3-də Nazirlər Kabinetində Azərbaycanın baş naziri Artur Rasizadənin qazaxıstanlı həmkarı Kərim Məsimov və Gürcüstanın baş naziri Zurab Noqaideli ilə üçtərəfli görüşü olacaq. Bu barədə «Novosti Azərbaycan»a Nazirlər Kabinetindən məlumat veriblər.


Məlumatda deyilir ki, baş nazirlər regional əməkdaşlıq və enerji məsələlərini müzakirə edəcəklər.


Qazaxıstanın baş naziri artıq Bakıdadır, Gürcüstan hökumətinin başçısı isə aprelin 3-də gələcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG